ONN İnformasiya Agentliyi

İlham Əliyev Laçın yolundan danışdı

İlham Əliyev Laçın yolundan danışdı
14 Mart 2023 - 20:44

Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır, yol üzrə hərəkət təmin edilir, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxs keçib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə olunması Azərbaycanı narahat edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png