ONN İnformasiya Agentliyi

İlham Əliyev onu sədr TƏYİN ETDİ

İlham Əliyev onu sədr TƏYİN ETDİ
05 Sentyabr 2019 - 23:19
Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 3-cü dərəcəli dövlət müşaviridir.(APA)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png