ONN İnformasiya Agentliyi

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
26 Sentyabr 2022 - 22:17

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün həlak olanların tezliklə sağalmasını arzulayıram”, – başsağlığı məktubunda qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png