ONN İnformasiya Agentliyi

İlham Əliyev Putinə niyə zəng etdi?

İlham Əliyev Putinə niyə zəng etdi?
15 Fevral 2023 - 11:42

Əliyevin Putinə indi zəng etməsi Bakı-İrəvan və Bakı-Moskva xəttindəki proseslər, o cümlədən, Qarabağda baş verənlərdən qaynaqlanır.

Zəngdən öncə Əliyev Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul etdi. Xovayevin gəlişinin iki mümkün səbəbi ola bilər:

– Bakı və İrəvan arasında sülh mətni üzrə məktublaşma davam edir və Moskva bu prosesdən məlumatlı olmaq istəyir;

– İstisna deyil ki, Rusiya sülh danışıqlarına dair müəyyən təkliflər də irəli sürür: bu təkliflərin tərəflərin liderlər səviyyəsində yeni görüşünün təşkili ilə bağlı olması mümkündür.

Və Əliyev həm Bakı-İrəvan məktublaşması, həm də mümkün təklifləri Putinlə müzakirə edib.

Bu zəng, eyni zamanda, Bakı-Moskva xəttində müşahidə olunan proseslərlə əlaqəlidir: ruslar Qərb qüvvələrini bölgəyə gətirən Ermənistan qarşısında Azərbaycanda münasibətləri sıxlaşdırmaq niyyətindədir və baş konsulluğun açılmasını gündəmə gətirirlər.

O da mümkün versiyalardandır ki, Əliyev Putinlə Qarabağda baş verənləri, xüsusilə Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü məsələsini də müzakirə edib. Rusiya Rubeni vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atsa da, onun Qarabağdan çıxışı və girişinə görə sülhməramlılar cavabdehdir. Bakıdan Moskvaya edilən zəngin Vardanyanın qayıdışından sonra baş verməsi Əliyevin bu məsələni gündəmə gətirdiyi ehtimalını önə çıxarır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png