ONN İnformasiya Agentliyi

İlham Əliyev Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan danışdı

İlham Əliyev Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan danışdı
23 Yanvar 2018 - 21:57

Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə müsahibə verib.

ONN media xəbər verir ki, ölkə başçısı müsahibəsində Azərbaycan ilə Rusiya arasındakı hərbi əməkdaşlıqdan danışıb. Onun sözlərinə görə, ölkələrimiz arasında hərbi əməkdaşlq sahəsində heç bir məhdudiyyət yoxdur.

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu proses daim diqqət mərkəzindədir. Hazırda danışıqlar gedir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, – deyə İ.Əliyev vurğulayıb.
 
Azərbaycan lideri Rusiya ilə 5 milyon dollarlıq saziş barədə də xatırlatma verib: “Rusiya ilə nəzərdə tutulan layihələrin əksəriyyəti artıq həyata keçirilir.  Artıq silahların bir çoxu alınıb. Hazırda da əməkdaşlıq davam edir. Gələcək planlar üzərində layihələr davam etdiriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png