ONN İnformasiya Agentliyi

İlham Əliyevdən Rövnəq Abdullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Rövnəq Abdullayevlə bağlı SƏRƏNCAM
13 Dekabr 2019 - 17:54

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

ONN media bildirir ki, sərəncamla Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Sərəncamla Dövlət Komissiyasına tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png