ONN İnformasiya Agentliyi

İmişli rayonuna yeni icra başçısı təyin olundu

İmişli rayonuna yeni icra başçısı təyin olundu
21 May 2020 - 14:06

Preziden İlham Əiyevin imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

ONN media xəbər verir ki, E.Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə Yasamal RİH baçısının birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı Vilyam Hacıyev külli miqdarda rüşvət və korrupsiya faktı ilə yaxalanaraq, həbs edilib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png