İngiltərə mətbuatı Putinin nə qədər yaşıyacağını açıqladı

Ukraynada müharibə bütün sürəti ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb. Adı açıqlanmayan rus agenti Britaniya mətbuatına həkimlərin Putin üçün təyin etdikləri həyatı açıqlayıb. Rusiya ilə Ukrayna arasında müharibə 4-cü ayına girərkən Rusiyadan çox mübahisəli bir iddia irəli sürüldü.

ONN media İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri Putinin xərçəng xəstəliyinə tutulduğu iddiasını bir daha gündəmə gətirib və həkimlərin Putinə bəxş etdiyi həyatı səhifələrinə daşıyıb. “Mirror” qəzetinin xüsusi xəbərinə görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər. Britaniya qəzeti bu xəbəri Rusiyanın dövlət daxili təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinə əsaslandırıb.

Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb.

Rus agent qəzetə verdiyi açıqlamada bu ifadələri verib;

“Ona televiziyada deyəcəklərini oxumaq üçün hər şey böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.