İordaniya kralının Azərbaycana səfəri başa çatdı

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah bin əl Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

ONN media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.