ONN İnformasiya Agentliyi

İran səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

İran səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
30 Noyabr 2021 - 16:27

İranın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

ONN media  xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində açıqlama yayıb.

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, – səfirlik bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png