ONN İnformasiya Agentliyi

İrandan Dağlıq Qarabağ açıqlaması

İrandan Dağlıq Qarabağ açıqlaması
10 Noyabr 2020 - 17:22

İran Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı bəyanatını alqışlayıb.

ONN media  xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

“İran Rusiyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi və bütün vətəndaşların hüquqlarını təmin etməsi zərurətini vurğulamağa davam edirik”, – Vaezi qeyd edib.

Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər.

Bundan başqa, İran Prezidenti Həsən Ruhani də açıqlama verib: “Bakı və İrəvanın hərbi əməliyyatları dayandırmaq və diplomatik həll prosesinə başlamaq qərarından məmnunuq. Bölgədə daimi təhlükəsizlik yalnız qarşılıqlı əlaqə və əməkdaşlıq sayəsində mümkündür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png