ONN İnformasiya Agentliyi

İranın prezident administrasiyasının rəhbəri Azərbaycana gəlir

İranın prezident administrasiyasının rəhbəri Azərbaycana gəlir
18 Dekabr 2017 - 17:58

İranın prezident administrasiyasının rəhbəri Mühmud Vaizi dekabrın 20-də Azərbaycana səfərə gələcək.

Bu barədə ONNmedia-ya İranın Azərbaycandakı səfirinin mətbuat xidmətinin rəhbəri Mühəmmədrza Nəcəfi məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd dekabrın 21-də Bakıda keçiriləcək “2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfransda iştirak etməkdir.

“İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil ediləcək konfransda 40-dan çox ölkədən və 8 beynəlxalq təşkilatdan 200-dən artıq elm, din xadimi, ictimai-siyasi xadimlər iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək Bakıda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və Naxçıvanda beynəlxalq tədbirlər keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png