İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi gələn həftə növbəti dəfə Azərbaycana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, iranlı nazirin ölkəmizə səfəri dekabrın 19-da nəzərdə tutulub.

İranlı nazirin bu dəfəki səfərində məqsəd dekabrın 20-də Bakıda  keçiriləcək üçtərəfli Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin görüşündə iştirak etməkdir.

Səfər zamanı iranlı nazirin Azərbaycan prezidenti, azərbaycanlı və türkiyəli həmkarı ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Azərbaycan-Türkiyə-İran XİN başçılarının görüşünün yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunacaq.

ONNmedia