İsrail bu halda Qəzza və Livana hücum etməyəcək

İsrailə atəş açılmadığı təqdirdə Qəzza və Livana doğru heç bir hücum həyata keçirməyəcəyik.

ONN media xəbər verir ki, bu sözləri İsrail İctimai Yayım Korporasiyasına ölkənin yüksək rəsmiləri məlumat verib.

Onlar bildirib ki, Livandan edilən raket hücumunun arxasında Hizbullahın olmadığına dair kəşfiyyat məlumatı olduğundan Hizbullaha heç bir cavab verilməyib.

“İsraildə təhlükəsizlik xidməti bütün cəbhələrdə, xüsusən də yəhudi Pasxa bayramı zamanı gərginliyi daha da artırmamaqda qərarlıdır”, – məlumatda qeyd edilib.