ONN media

Jan-Rene Furniye Azərbaycana gəldi

Jan-Rene Furniye Azərbaycana gəldi
08 Oktyabr 2019 - 20:34

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ONN media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Jan-Rene Furniye səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı müzakirələrin aparılması olduğunu deyib. O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında çoxillik tarixə malik əlaqələr qarşılıqlı inama və hörmətə əsaslanır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Regionun inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün göstərdiyi səyləri qiymətləndiririk. Azərbaycan və İsveçrə prezidentləri hər il Davosda görüşürlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin, xüsusilə də parlamentlərarası münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir. Bu səfər zamanı keçiriləcək görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png