ONN İnformasiya Agentliyi

Kremldən Naxçıvan məsələsinə REAKSİYA

Kremldən Naxçıvan məsələsinə  REAKSİYA
01 Dekabr 2020 - 15:19

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan-Azərbaycan arasında yeni dəhlizlə bağlı açıqlamasına şərh istənilib.

ONN media  xəbər verir ki, Peskov məsələyə münasibət bildirməyib.

O xatırladıb ki, bir müddət əvvəl Kremldən Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini müzakirə etdikləri qeyd olunub. Eyni zamanda, nəqliyyat məsələlərinin ümumiyyətlə Rusiya və Azərbaycan rəhbərlərinin gündəmində olduğunu vurğulayıb.

Şərh verməkdən imtinanın konkret olaraq Əliyevin Putinin bu fikri müsbət qiymətləndirməsi və təsdiqlənməsi barədə dedikləri ilə əlaqəli olub-olmadığını aydınlaşdırmaq məsələsini isə Peskov təsdiqləyib: “Bəli”.

Xatırladaq ki, bir müddət əvvəl Kremldən Putinlə azərbaycanlı həmkarı arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının digər problemlərlə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini də müzakirə etdikləri xatırlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png