ONN İnformasiya Agentliyi

Laçın dəhlizi ilə bağlı general tapşırıq verdi

Laçın dəhlizi ilə bağlı general tapşırıq verdi
13 Avqust 2022 - 12:23

Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub.

ONN media xəbər verir ki, bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb.

Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.

Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png