ONN İnformasiya Agentliyi

Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı

Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı
15 Yanvar 2018 - 15:55

Rusiya və Azərbaycanın münasibətləri bu ölkələrin prezidentləri və xarici işlər nazirləri arasındakı intensiv dialoqa əsaslanır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov  2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.

“Ötən il azərbaycanlı həmkarlarımla qarşılıqlı görüşlər keçirmişik. Mütəmadi olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Humanitar forum və digər tədbirləri buna misal göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi və investisiya həcmi artmaqdadır. Bu münasibətlər öz məcarasında aparılır. Ona görə də onların reqlamentasiyası üçün xüsusi sənədlər tələb olunur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanla strateji əməkdaşlıq bizi qane edir”, – deyə Serqey Lavrov bildirib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png