ONN İnformasiya Agentliyi

Lavrov hücumla bağlı Bayramova zəng etdi

Lavrov hücumla bağlı Bayramova zəng etdi
28 Yanvar 2023 - 8:31

Yanvarın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png