Lavrovla Bayramov görüşdü

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

ONN media xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.