ONN İnformasiya Agentliyi

Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi 

Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi 
20 Yanvar 2020 - 17:28

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.

ONN media bildirir ki, bütün Azərbaycan xalqı kimi, Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png