Məmmədyarovla Lavrov arasında telefon danışığı oldu – Nələr müzakirə edildi?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

ONN media  xəbər verir ki, nazirlər telefon danışığı zamanı koronavirusa qarşı ikitərəfli əlaqələri, həmçinin MDB çərçivəsində əməkdaşlığın aktual gündəliyini müzakirə ediblər.

Nazirlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü sessiyasının nəticələrini nəzərə alaraq koronavirusla mübarizədə əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

ÜST-ün 73-cü sessiyası mayın 18-19-da telekonfrans rejimində Cenevrədə keçirilib. Sessiyanın nəticələrinə uyğun olaraq, pandemiyaya beynəlxalq reaksiya verilməsi üzrə qətnamə qəbul edilib.