ONN İnformasiya Agentliyi

Makron Dağlıq Qarabağa gedəcək – VAXTI AÇIQLADI

Makron Dağlıq Qarabağa gedəcək – VAXTI AÇIQLADI
31 Yanvar 2018 - 15:35

"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".

News.am-ın verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.

Çıxışında “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və “status-kvo” problemin həlli deyil.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan E. Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib. (apa)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png