Makron türkcə MESAJ VERDİ: “Bundan sonra…”

Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında türkcə mesaj paylaşıb.

ONN media xəbər verir ki, Makron tvitində Türkiyəyə konkret mesaj göndərdiklərindən bəhs edib.

“Türkiyəyə konkret mesaj göndərdik: yaxşı niyyətli, sadəlövhlükdən uzaq, məsuliyyətli dialoqu yenidən açaq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. Görünən odur ki, eşidilib də. İrəliyə gedək”, – Fransa prezidenti qeyd edib.(publika.az)