ONN İnformasiya Agentliyi

Malayziya rəsmisi Azərbaycana gələcək

Malayziya rəsmisi Azərbaycana gələcək
18 Yanvar 2022 - 18:29

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər bu həftə Azərbaycana işgüzar səfər edəcək.

ONN media  xəbər verir ki, İordaniya səfərindən sonra Bakıya gələcək nazir müavininin burada xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə olunacaq.

Səfər yanvarın 23-də başa çatacaq.

Qeyd edək ki, iki ölkə arasında 2021-ci ilin yanvar – oktyabr dövründəki ticarət dövriyyəsi 28,8 milyon dollar təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png