ONN İnformasiya Agentliyi

Medvedev Əli Əsədovu təbrik etdi

Medvedev Əli Əsədovu təbrik etdi
08 Oktyabr 2019 - 21:30

Rusiyanın baş naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib.

ONN media bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, D.Medvedev Əli Əsədova göndərdiyi teleqramda onunla birlikdə aktiv əməkdaşlıqdan məmnun olacağını qeyd edib.

Rusiya hökumətinin başçısı Rusiya və Azərbaycanın bir-birilərinə dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlandığını, ticarət, iqtisadi və investisiya əməkdaşlığının davamlı inkişaf etdiyini, enerji sektorunda, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələrin həyata keçirildiyini vurğulayıb.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, – deyə Medvedev qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png