ONN İnformasiya Agentliyi

Minsk qrupunun amerikalı həmsədri Bakıya gəldi

Minsk qrupunun amerikalı həmsədri Bakıya gəldi
03 Fevral 2018 - 21:41

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün Bakıya səfərə gəlib.

ONN media xəbər verir ki, Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib. Əsas görüşlər fevralın 7-də keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png