Mirzoyan və Bayramov arasında görüş keçiriləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcək.

ONN media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni nazir bu barədə parlamentdə çıxışı zamanı deyib.

Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.