ONN İnformasiya Agentliyi

Misir lideri Azərbaycan prezidentini təbrik edib

Misir lideri Azərbaycan prezidentini təbrik edib
23 May 2018 - 19:56

Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

ONN media xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri. Dost ölkənizin milli bayramı – Respublika Gününün ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, xalqınızın ümidlərini və istəklərini həyata keçirməkdə Sizə davamlı uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, bütün sahələrdə yaxşı əlaqələrimizin möhkəmləndirilməsi və dost ölkələrimizin maraqlarına uyğun şəkildə təşviq edilməsi istəyində olduğumu əminliklə bildirmək istərdim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza tərəqqi və rifah arzu edirəm”.

Azərbaycan prezidentinin 28 May-Respublika Günü münasibəti ilə həmçinin həmçinin Tacikistan prezidenti Emoməli Rəhmon və Belçika kralı Filip təbrik ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png