ONN İnformasiya Agentliyi

Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi oldu

Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi oldu
21 Oktyabr 2019 - 19:19

Moskvadakı “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində (SC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

ONN  media xəbər verir ki, mərasimdə “Metrovaqonmaş” SC-nin daxil olduğu “Transmaşholdinq” SC-nin direktor müavini Atyom Ledeneyev, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadratmetr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir.(AZƏRTAC)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png