Mövlud Çavuşoğlu: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

“Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən qurulmasının, qardaşlarımıza yenidən qoşulmamızın 30-cu ildönümüdür”.

ONN media  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Kədərdə və sevincdə – həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Bir millət, iki dövlət”, – XİN başçısı vurğulayıb.