ONN İnformasiya Agentliyi

MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı

MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
23 Fevral 2020 - 19:05

Mərkəzi Seçki Komissiyasının bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 43 saylı Sumqayıt üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

ONN media  xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyeva müraciətində seçki məntəqələrində səsvermə prosesinin pozulduğunu qeyd edib. MSK üzvü deyib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia olunan pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab olunsun və DSK-nın qərarı qüvvədə saxlanılsın.

Təklif səsə qoyularaq qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png