ONN İnformasiya Agentliyi

Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI
18 Avqust 2021 - 15:51

Müdafiə Nazirliyi erməni mətbuatının yaydığı məlumatın yalan olduğunu bəyan edib.

 ONN media xəbər verir ki, avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumatla bağlı Müdafiə Nazirliyindən bildirilib:

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.
Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib.
Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png