ONN İnformasiya Agentliyi

Naxçıvanda görülən işlər göz önündədir – Millət vəkili

Naxçıvanda görülən işlər göz önündədir – Millət vəkili
20 Noyabr 2019 - 19:04

Mühasirə şəraitində yaşamasına baxmayaraq, Naxçıvan yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasının inkişafı ölkə başçısının daim diqqət mərkəzindədir:

“Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanın generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Hazırda uzun illər üzərində işlənilən və İran İslam Respublikası ilə imzalanan anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Naxçıvan Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bütün bunlar ölkə başçısının Naxçıvana göstərdiyi diqqətin nəticəsidir. Azərbaycanda aparılan ümumi islahat ölkənin dörd bir tərəfini əhatə edir”.

Millət vəkili bildirib ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb:

“Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Həmçinin, bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Ümumiyyətlə, muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün bunlardan bir daha aydın olur ki, Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png