Nazarbayevdən Putinə dəstək: “O, favoritdir”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinə gələn il keçiriləcək prezident seçkilərində uğurlar diləyib.

ONN media Tass.ru-ya istinadla xəbər verir ki, Nursultan Nazarbayev Putinin seçkilərdə favorit olduğunu deyib: “Bir çox Avropa dövlətləri və ABŞ-ın təzyiqinə baxmayaraq , dövlət xadimi və prezident kimi Putin bütün bunlara dözür və xalqı irəli aparır”.

O, Rusiyanın Qazaxıstanın iqtisadi və siyasi müstəvidə ciddi partnyoru olduğunu qeyd edib.

Xatırladaq ki, gələn ilin martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək.