ONN İnformasiya Agentliyi

Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev

Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
15 Oktyabr 2019 - 14:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova minnətdarlıq edib.

ONN media xəbər verir ki, bu barədə dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri statusunda Zirvə Görüşünlə iştirak etdiyini də diqqətə çatdırıb:

“Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasına üzv ölkələrin prezidentlərinin birgə qərarı ilə Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilib. Nursultan Nazarbayevin Türk Dünyasında əlaqələrin inkişafı, Türk Şurasının yaradılmasında böyük xidmətləri var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png