Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nurlana Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilsin.
Qeyd edək ki, Nurlana Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.