ONN İnformasiya Agentliyi

“OPEC+ müqaviləsinin 2018-ci ildən sonra da uzadılacağına ümid edirəm” — Prezident

“OPEC+ müqaviləsinin 2018-ci ildən sonra da uzadılacağına ümid edirəm” — Prezident
23 Yanvar 2018 - 21:52

“Bakı OPEK ölkələrinin və OPEK+ müqaviləsinə əsasən neft hasilatının azaldılmasına dair razılaşmanın 2018-ci ildən sonra uzadılacağına inanır”.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan  (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşmənin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, – deyə prezident vurğulayıb.     
 
Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.

Qeyd edək ki, ölkə üzrə gündəlik neft hasilatı yanvar ayında 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel, sentyabrda 785,7 min barel, oktyabrda 800,6 min barel, noyabrda isə 790,7 min barel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEK-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEK-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin III görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png