ONN İnformasiya Agentliyi

Özbaşına heç kim heç bir iş görə bilməz” – Prezidentdən xəbərdarlıq

Özbaşına heç kim heç bir iş görə bilməz” – Prezidentdən xəbərdarlıq
28 Mart 2023 - 17:09

Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.

ONN media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

Ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulduğunu qeyd edən dövlətimizin başçısı deyib:

“Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png