ONN İnformasiya Agentliyi

Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər- ELMAR MƏMMƏDYAROV

Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər- ELMAR MƏMMƏDYAROV
30 Noyabr 2017 - 13:54

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirildi.

ONN media xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib: “Bu üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir. Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik. Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik”.

E.Məmmədyarovun sözlərinə görə, görüşdə razılıq əldə olundu ki, Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər: “Biz müdafiə sahəsində əməkdaşlığı da intensivləşdirmək niyyətindəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png