Paşinyan və İlham Əliyev Brüsseldə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə görüşmək üçün Brüsselə gedib.

ONN media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyanın Mişellə görüşü mayın 13-nə, Əliyevlə danışıqlar isə sabah baş tutacaq.

“Paşinyan, Mişel və Əliyevin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, – məlumatda deyilir