ONN İnformasiya Agentliyi

Pentaqondan Pakistana zərbə – Yardım dayandırıldı

Pentaqondan Pakistana zərbə – Yardım dayandırıldı
09 Yanvar 2018 - 9:13

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Pakistana 2017-2018-ci illər üçün hərbi əməliyyatlar qarşılığında 900 milyon dollarlıq yardımın təxirə salındığını deyib.

ONN media xarici mediaya istinadla xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Rob Maninq ABŞ-ın izində olduğu terroristlərə qarşı Pakistanın ciddi addım atacağına ümid edildiyi üçün nəzərdə tutulan 900 milyon dollarlıq məbləğin tam ləğv edilmədiyini deyib.

Rob Maninqin sözlərinə görə, Koalisiya Dəstək Fondu tərəfindən ayrılacaq məbləğ barədə qərarın icrası müvəqqəti dayandırılıb.

Pentaqon sözçüsü bildirib ki, Taliban və Hakani qruplaşmalarının rəhbərləri və hücum planlaşdıranlar Pakistan torpağında qalmamalıdır: “Onlar Pakistandan hücum etməməlidirlər. ABŞ bu məqsədlə Pakistanın atacağı konkret addımlar barədə məlumat verib. Heç bir fərq qoymadan Pakistanla bütün terror qruplarına qarşı birgə əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, bu məsələ ətrafında Pakistan hakimiyyəti ilə müzakirələr davam edir: “Qarşıdakı 2 il ərzində məsələ həll olunmazsa, Pakistan üçün ayrılan vəsait təxirə salınacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png