Prezident 3 ölkənin səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın, Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.

ONN media xəbər verir ki, görüş zamanı Azərbaycanla bu ölkələr arasındakı münasibətlər müzakirə olunub.