ONN İnformasiya Agentliyi

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı
07 Fevral 2018 - 18:49

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,0 (on iki) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png