Prezident bu 3 tanınmış şəxsə “Şöhrət” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamla 3 nəfəri “Şöhrət” ordeninə layiq görüb.

ONN media xəbər verir ki, onlardan biri Flora Qasımovadır. 1947-ci il təvəllüdlü F.Qasımova Xankəndidən seçilən millət vəkilidir.

Flora xanım məşhur komandir, Azərbaycanın Milli Qəhrəmanı Həsən Mirzəyevin xanımıdır.

Digər təltif edilən Salxab Məmmədov Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professordur. 1943-cü il təvəllüdlü Salxab Məmmədov Berlində “Xocalı”, Romada Nizami Gəncəvi abidələrinin müəllifidir.

Xalq rəssamı bundan öncə “Şərəf” ordeninə (2012-ci il) layiq görülüb.

Bu gün “Şöhrət” ordeni alan 3-cü şəxs isə xalq artisti, “Qaya” qrupunun Rauf Yusuf oğlu Babayevdir.