Prezident bu şəxsləriTƏLTİF ETDİ – SİYAHI

Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əliyeva Bəstixanım İsgəndər qızı

Əliyeva Ruhəngiz Ağabala qızı

Quliyeva Sima Əhməd qızı

Sadıxova Nairə Hafiz qızı

Tağıyeva Xatirə Sətdar qızı.