Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir.

ONN media TRT-yə istinadən xəbər verir ki, dövlət başçısını Ankara hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıb.

Azərbaycan lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.