ONN İnformasiya Agentliyi

Prezident kərə yağından danışdı- “TAM TƏMİN EDƏ BİLMİRİK”

Prezident kərə yağından danışdı- “TAM TƏMİN EDƏ BİLMİRİK”
30 Yanvar 2018 - 14:56

“Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik.

ONN media-nın  məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib

Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik. Misal üçün, taxılçılıqla bağlı bəzi rəqəmləri ictimaiyyətə çatdırmaq istəyirəm. 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Bu, yaxşı göstəricidir. Bu, onu göstərir ki, yerli istehsal artır. Ancaq görürsünüz ki, burada hələ nə qədər böyük iş həcmi var. Biz çalışmalıyıq ki, taxılçılıqda xaricdən asılılığı minimuma endirək. Heyvandarlıqla bağlı nəticələr də yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Amma hələ ki, belə deyil. Baxmayaraq ki, bu sahədə çox böyük inkişaf var. Heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalıdır və qəbul edilməlidir. Biz bu il dövlət xətti ilə xaricdən yenə də 10 min baş cins mal-qara alacağıq, eyni zamanda, yaxın keçmişdə Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibini daxili imkanlar hesabına da yaxşılaşdıracağıq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png