ONN İnformasiya Agentliyi

Prezident uşaqlarla bağlı bu qanuna dəyişiklik etdi

Prezident uşaqlarla bağlı bu qanuna dəyişiklik etdi
10 İyul 2020 - 21:20

Dövlət Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişafına, peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərib uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün tədbirlər görəcək.

ONN media  xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Uşaq hüquqları haqqında” qanunda edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət bu uşaqların sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görürdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png