Prezidentdən Umayra Tağıyeva ilə bağlı sərəncam

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordənə layiq görülüb.

Qeyd edək ki, Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.